Quterreş: “KXDR-in raket atışı qətnamələrin aşkar şəkildə pozulmasıdır”

2017/11/248D8A79-F2B8-481D-B972-0908571C5852_cx0_cy10_cw0_w1023_r1_s3453_1511936448.jpg
Oxunub: 436     14:19     29 Noyabr 2017    
BMT baş katibi Antonio Quterreş KXDR-in raket sınağını “ən qətiyyətli şəkildə mühakimə edir” və Pxenyanı regionda stabilliyi pozan növbəti addımlardan çəkinməyə çağırır.

Ordu.az CNN telekanalına istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Quterriş Pxenyanın addımını “BMT Təhlükəsizlik Şurası qətnamələrinin aşkar şəkildə pozulması” hesab edir və bu addımları Şimali Koreya hökumətinin beynəlxalq ictimaiyyətinə qarşı “tam etinasızlıq” adlandırır.

“BMT baş katibi KXDR-i stabilliyi pozan növbəti addımlardan çəkinməyə səsləyir. Baş katib gərginliyin azaldılması üçün bütün tərəflərlə işləməkdə qərarlı olduğunu təsdiq edib”, - deyə Dyucarrik qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   BMT  


Bizi "telegram"da izləyin