BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək

2017/11/345345_1511935029.jpg
Oxunub: 292     13:56     29 Noyabr 2017    
BMT Təhlükəsizlik Şurası bu gün axşam KXDR tərəfindən növbəti raket atışının həyata keçirilməsinə dair fövqəladə iclas keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, iclas Nyu-York vaxtı ilə 16:30-da (Bakı vaxtı ilə cümə axşamı 01:30-da) keçiriləcək.

ABŞ diplomatik missiyasının məlumatına görə, iclasın keçirilməsi üçün ABŞ, Yaponiya və Cənubi Koreya “Şimali Koreyanın qitələrarası ballistik raketlə növbəti sınağından sonra” müraciət edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   KXDR    


Bizi "telegram"da izləyin