Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün KXDR-in Mərkəzi televiziyasında verilən bəyanatda bildirilib.
Qeyd edilir ki, KXDR-in bu gün gecə sınaqdan keçirdiyi “Xvason-15” qitələrarası ballistik raketinin təsir dairəsində bütün ABŞ ərazisi yerləşər.
Bildirilir ki, atış KXDR liderin Kim Çen Inın şəxsi göstərişi ilə Vaşinqtonun düşmən xarakterli siyasətinə cavab olaraq həyata keçirilib.
Bəyanata əsasən, raket 950 kilometr məsafə qət edib və 4 min 475 metr maksimal yüksəkliyə qalxıb.
Ordu.az