Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Raket Aomori prefekturasının şimalından təxminən 210 kilometr şimal əraziyə düşüb.
Eyni zamanda Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa bildirib ki, raketin düşmə ərazisi Yaponiya hökuməti tərəfindən tam dəqiqləşdirilməyib və həyata keçirilən atış haqqında analiz aparılır.
Yaponiya hərbçilərinin məlumatına görə, Şimali Koreya raketi havada təxminən 50 dəqiqə qalıb.
Xatırladaq ki, bu, Şimali Koreyanın sentyabrın 15-dən sonra həyata keçirdiyi ilk raket atışı idi.
*****
KXDR 2017-ci il noyabrın 28-də hələ növü təyin olunmayan ballistik raket buraxıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası Baş Qərargahları Komitəsi məlumat yayıb.
Məlumata görə, buraxılış ölkə qərbində həyata keçirilib. Raket şərq istiqamətində uçub. Cənubi Koreyalı hərbçilər vəziyyəti analiz etmək üçün Amerikalı və Yaponiya həmkarları ilə əməkdaşlıq edir.
Qeyd edək ki, daha öncə Yaponiya və ABŞ hərbi qüvvələri KXDR-in radio siqnal fəaliyyətinin artımını qeyd ediblər, bu da raket sınaqlarına hazırlıq kimi qəbul edilə bilər. Xüsusilə, bu, raketin yerə siqnal göndərən sistemlərin sınağı ola bilər.
Şimali Koreya, bu ilin aprel ayından etibarən ayda iki və ya üç dəfə raket buraxılışını həyata keçirib. Sentyabrın 15-dən etibarən isə KXDR Yaponiyanın üzərindən raket buraxdıqdan sonra sınaqlar keçirilmirdi.
Xatırladaq ki, daha öncə ABŞ prezidenti Donald Trump, Şimali Koreyanı dünya ictimaiyyətinin səbrini sınamağını dayandırmağa çağırdı: "İndi gücün olması vaxtıdır. Əgər sülh istəyirsənsə, hər zaman güclü olmalısan.Heç bir ölkə, dünyanı nüvə ilə təhdid edən bir rejimə dözə bilməz. Bütün məsul ölkələr öz qüvvələrini birləşdirərək Şimali Koreyanın qəddar rejimini təcrid edərək, onların mümkün hərəkətlərini məhdudlaşdırmalıdır. Biz hər bir dövləti, o cümlədən Çin və Rusiya daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyə, bu rejimlə diplomatik münasibətlərin səviyyəsini azaltmağa və bütün ticarət və texnoloji əlaqələri kəsməyə çağırırıq".
Rusiya prezidenti Vladimir Putin də dəfələrlə dünya ictimaiyyətini sülh danışıqları yolu ilə Şimali Koreya problemini həll etməyə çağırıb.
Ədalət Verdiyev
Ordu.az