Peskov Suriya MDK-nin hazırlanmasındakı əsas çətinliklərdən danışıb

2017/11/23423_1511874370.png
Oxunub: 389     21:02     28 Noyabr 2017    
“Suriya Milli Dialoq Konqresinin keçirilməsi tarixi ilə bağlı dəqiqlik hələ yoxdur, heç kəs qarşısında görüşü Yeni ildən “əvvəl”, yoxsa “sonra”ya “qovmaq” barədə məqsəd qoymur”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Əsas məsələ görüşü lazımi şəkildə hazırlamaq və siyahıları hazırlamaqdır. Bu isə ən çətin hissədir”, - deyə Peskov bildirib.

Xatırladaq ki, Suriya Milli Dialoq Konqresinin keçirilməsi təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib.

Konqresdə iştirak üçün Suriyanın bütün etnik və dini qrupların üzvləri, hökumət, daxili və xarici müxalifət, həmçinin müşahidəçi qismində BMT, Qırmızı Xaç və Dünya Səhiyyə Təşkilatından nümayəndələr dəvət olunub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Suriya  


Bizi "telegram"da izləyin