Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun xüsusi nümayəndəsi Erik Paxon bildirib.
Onun sözlərinə görə, ABŞ PKK/PYD-yə silahı yalnız İŞİD-ə qarşı vuruşmaq üçün verir.
Mətbuat konfransında Ağ Evin mətbuat kati Sara Sandersin məlumat verdiyi kimi, Vaşinqton PKK/PYD terrorçularına silah təchizatını dayandırmaq məsələsi üzərində düşünür.
“Daha öncə biz İŞİD-ə qarşı uğurlu əməliyyatdan sonra bu qruplaşmalara dəstəyi məhdudlaşdırmağı planlaşdırırdıq. Hazırda ABŞ demək olar ki, bu qruplaşmalara dəstəyinə son qoyub, lakin bu, o demək deyil ki, dəstək tamailə dayandırılıb. Məqsəd İŞİD üzərində qələbədir”, - deyə Sanders bildirib.
Xatırladaq ki, cari ilin may ayında ABŞ prezidenti Donald Tramp PKK/PYD-yə Suriyanın Rəqqa şəhərinin İŞİD-dən azad edilməsi üçün dəstək verilməsi barədə qərar qəbul edib. Bu isə Ankara ilə münasibətlərin gərginləşməsinə səbəb olub. Həmin zaman Vaşinqton cavab olaraq bildirib ki, PKK/PYD-nin dəstəklənməsi Rəqqanın azad edilməsi üçün zəruri olan taktiki gedişdir.
Ağalar Qəribov
Ordu.az