SQQ Xümsə hücumun qarşısını alıb - 6 terrorçu öldürüldü

2017/11/234234_1511851361.jpg
Oxunub: 432     14:40     28 Noyabr 2017    
Suriya Quru Qoşunları Xüms vilayətinin şərq hissəsində yelrəşən əs-Suhna yaşayış məntəqəsi ərazisində İŞİD terror qruplaşmasının hücumunun qarşısını alıb.

Ordu.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, terrorçular ciddi itkilər veriblər.

İŞİD terrorçuları əs-Suhna yaxınlığında Suriya ordusunun mövqelərinə hücuma keçməyə cəhd ediblər. Lakin hökumət qüvvələri hücumun qarşısını almağa müvəffəq olublar. Terrorçuların minalanmış avtomobili məhv edilib, həmçinin hücum edənlərdən 6-sı öldürülüb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   SQQ   Terror  


Bizi "telegram"da izləyin