İŞİD Bağdad teraktını öz üzərinə götürdü

2017/11/345345345_1511847326.jpg
Oxunub: 464     13:21     28 Noyabr 2017    
Bağdadda terrorçu-kamikadzelərin hücumu nəticəsində 17 nəfər həlak olub, 28 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İraq informasiya agentliyi məlumat yayıb.

Xatırladaq ki, daha öncə İraq Daxili İşlər Nazirliyi iki terrorçu-kamikadzenin Bağdadın cənub-şərqində yerləşən Ən-Nəhrəvan rayonu ərazisinə hücum etdiklərini bildirib.

Hücum zamanı terrorçulardan biri özünü partlatsa da, digəri DİN əməkdaşları tərəfindən güllələnərək öldürülüb.

“Al Mayadeen” telekanalı isə xəbər verir ki, İŞİD terror qruplaşması Bağdadda baş verən hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Terror   Bağdad  


Bizi "telegram"da izləyin