“Donbasda hərbi əməliyyatlar intensivləşə bilər” – ATƏT-in xüsusi missiyası

2017/11/хуг-900x44434534_1511524840.jpg
Oxunub: 565     19:56     24 Noyabr 2017    
“Qışda donmuş zəmində ağır artilleriyanın hərəkət etdirilməsi daha asan olacaq”

Ordu.az “112.international” saytına istinadən xəbər verir ki, bu barədə ATƏT-in Donbasdakı Xüsusi Monitorinq Missiyası başçısının müavini Aleksandr Xuq alman mediasına verdiyi müsahibəsində bildirib.

O qeyd edib ki, qış temperaturu səbəbindən Donbasdakı döyüş əməliyyatlarının sürətlə intensivləşməsi tamamilə mümkündür.

“Torpaq donarkən ağır artilleriyanın hərəkət etdirilməsi daha asan olacaq”, - deyə Xuq əlavə edib.

O qeyd edib ki, son bir neçə həftədə atəşkəsin pozulması halları ciddi şəkildə artıb. Təmas xəttinin 500 kilometrlik hissəsində tərəflər bir-birlərini görə bilirlər. Tanklar və artilleriya qüvvələri dəfələrlə istifadə edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin