Donbasda kritik vəziyyət: Hər an əks istiqamətdən hücum gözlənilir – ÖZƏL

2017/11/ukrayna-donbas345_1511520093.jpg
Oxunub: 581     18:41     24 Noyabr 2017    
Xəbər verdiyimiz kimi, Ukrayna Silahlı Qüvvələri Luqansk regionundakı taktiki mövqelərini gücləndirir.

Dünən könüllü əsgər Yuri Msyaqinin “Facebook" səhifəsində Ukrayna ordusunun Luqanskda iki qəsəbəni ələ keçirməsi barədə yaydığı məlumatın Baş Qərargah tərəfindən təkzib edilməsinə baxmayaraq, buna bənzər məlumatlar bölgədə vəziyyətin kifayət qədər kritik olduğunu göstərir.

Ordu.az Ukraynada baş verən proseslərlə bağlı ən son məlumatları əldə etməyə çalışıb.

Ukrayna ordusundakı adı açıqlanmayan mənbənin verdiyi məlumata görə, hazırda Luqanskda vəziyyət olduqca gərgindir.

“Luqanskda vəziyyət gərgindir. İkinci eşalonda yerləşən hərbi hissələr ön xəttin gücləndirilməsi üçün istifadə olunur. Zirehli texnikalardan ibarət bölmələr isə Koma istiqamətinə çıxarılıb. Seperatçı bölgənin rəhbəri Plotnitski Rusiyaya qaçıb. Hər an əks istiqamətdən hücum gözlənilir” – deyə adı açıqlanmayan mənbə bildirib.

Onun sözlərinə görə, cəbhə boyu bütün hərbi hissə və birləşmələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin