İƏT Parlament İttifaqı Konfransının iştirakçıları İran və ABŞ arasındakı razılaşmaları alqışlayır

2026/06/1782374196.jpg
Oxunub: 231     11:43     25 İyun 2026    
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçıları İran və ABŞ arasında münaqişənin dayandırılması barədə son razılaşmanı alqışlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Bakıda keçirilən ikigünlük sessiyanın yekunlarına dair qəbul edilmiş bəyannamədə qeyd olunub.

"İran və ABŞ arasında münaqişənin dayandırılması barədə razılaşmanı alqışlayırıq. Regional, eləcə də beynəlxalq sülh və təhlükəsizlik naminə bu razılaşmanın tam icra olunacağına ümid etdiyimizi bildiririk", - sənəddə vurğulanıb.

Bundan əlavə, sessiya iştirakçıları müxtəlif ölkələrdə islamofobiyanın təzahürlərinin artması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

"Din və ya əqidə zəminində törədilən bütün zorakılıq aktlarını, eləcə də dini ayrı-seçkiliyə əsaslanan nifrətin qızışdırılmasını və ekstremizmi pisləyirik. Beynəlxalq ictimaiyyəti ekstremizmə, nifrət nitqinə, mənfi stereotiplərə və dinlərin diffamasiyasına qarşı həm milli, həm də qlobal səviyyələrdə mübarizə aparmaq üçün tədbirlər görməyə çağırırıq", - bəyannamədə qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İƏT   İran   ABŞ  


Bizi "telegram"da izləyin