Paşinyan: “Mənim iştirakım olmadan AİB ölkələri bəyanat qəbul edib, tərəfdaşlarıma suallarım var”

2026/06/1782380201.jpg
Oxunub: 271     13:28     25 İyun 2026    
“Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsində çox sıx və fəal əməkdaşlıq edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iyunun 25-də keçirilən iclasında bildirib.

“Biz bu işi davam etdirəcəyik, çünki orada geri dönməz hansısa hadisənin baş verdiyi və artıq həmin istiqamətə baxmamalı olduğumuz barədə yanaşmanı rəhbər tutmuruq”, - deyə Paşinyan vurğulayıb.

O, problemin həlli üçün yollar tapılacağına inandığını bildirib.

“Mənim iştirakım olmadan Avrasiya İqtisadi Birliyi ölkələri bəyanat qəbul edib, tərəfdaşlarıma suallarım var. Əgər həll yolları tapılmasa, bu ilk növbədə Avrasiya İqtisadi Birliyinin özü üçün tamamilə başqa məna daşıyacaq. Xatırlatmaq istəyirəm ki, Avrasiya İqtisadi Birliyi bir neçə konseptual prinsip üzərində qurulub: işçi qüvvəsinin, malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti. Əgər bunlar yoxdursa, deməli Avrasiya İqtisadi Birliyi də yoxdur. Avrasiya İqtisadi Birliyi bu məsələyə açıq şəkildə cavab verməlidir, mövcuddur, yoxsa mövcud deyil. Biz deyirik ki, birlik mövcuddur və iştirakçı dövlət kimi hesab edirik ki, sadəcə hansısa anlaşılmazlıq baş verib. Əgər Avrasiya İqtisadi Birliyi desə ki, artıq mövcud deyil, o halda biz nə edə bilərik?”, - deyə Ermənistan hökumətinin rəhbəri qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin