Kral III Çarlz Britaniyada keçirilən forumda Muxtar Babayevlə söhbət edib

2026/06/1782376623.jpg
Oxunub: 298     12:29     25 İyun 2026    
Böyük Britaniya Kralı III Çarlz Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayevlə ayaqüstü görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfiri Elin Süleymanov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Britaniya Kralı III Çarlzın ətraf mühitin mühafizəsi məsələlərinə dəyişməz sadiqliyi bütün dünya üçün ilham mənbəyidir. COP29-un prezidenti Muxtar Babayev superçirkləndiricilər probleminə həsr olunmuş tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş də daxil olmaqla, dünyanın aparıcı iqlim liderlərinə qoşulub. Görüş Böyük Britaniya Kral ailəsi və Birləşmiş Krallığın Enerji Təhlükəsizliyi və Karbon Neytrallığı Nazirliyi tərəfindən Sent-Ceyms sarayında təşkil olunub", - E.Süleymanov yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin