İraq parlamentinin deputatı: "Bu gün Türk xalqlarını bir-birinə bağlayan ortaq tarix, irs və folklordur"

2026/06/xcvxc-1782375075.jpg
Oxunub: 162     12:07     25 İyun 2026    
Türk xalqlarını bu gün bir-birinə bağlayan ortaq tarixdir.

Ordu.az xəbər verir ki, bunu İraq parlamentinin kərküklü deputat, "İraq Türkman Cəbhəsi"nin lideri Ərşad Salihi "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.

Onun sözlərinə görə, bu gün Qarabağın azad olması, Azərbaycanın qürurla ayaqda durması dünya türklərinin də arzusu olub.

O vurğulayıb ki, bu gün ölkələrarası parlamentarilər arasında diplomatik əlaqələr var:

"Amma bu gün xalqlarımızı bir-birinə yaxın edən bizim irsimizdir, bu bizim folklorumuzdur, tariximizdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Ərşad-Salihi  


Bizi "telegram"da izləyin