“Reuters”: Yaxın saatlarda digər ölkələrin xilasediciləri Venesuelaya çatacaqlar

2026/06/1782372730.jpg
Oxunub: 225     11:29     25 İyun 2026    
Müxtəlif ölkələrin xilasedici qrupları yaxın saatlarda Venesuelaya gələcəklər.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Delsi Rodriqes açıqlama verib.

Onun sözlərinə görə, beynəlxalq xilasedici dəstələr artıq Venesuela hökuməti ilə əlaqə saxlayıblar və axtarış-xilasetmə əməliyyatlarına qoşulmağa hazır olduqlarını bildiriblər.

“Yaxın saatlarda müxtəlif ölkələrdən beynəlxalq xilasedici dəstələr Venesuelaya gələcəklər. Onlar artıq milli hökumətlə əlaqə yaradaraq axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq istədiklərini bildiriblər”, - deyə Rodriqes qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   Zəlzələ  


Bizi "telegram"da izləyin