Erməni nazirin cavabı Paşinyanı qane etməyib: “Cənab Papoyan, bu rəqəmlər bizə heç nə demir”

2026/06/1782376043.jpg
Oxunub: 227     12:20     25 İyun 2026    
“2026-cı il iyunun 1-dən 25-dək Ermənistandan 1071 ton ərik ixrac olunub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan hökumətin iyunun 25-də keçirilən iclasında bildirib.

Erməni nazirin sözlərinə görə, qeyd olunan dövrdə Ermənistandan 882 ton gilas da ixrac edilib.

O qeyd edib ki, bundan əlavə, təxminən 40 ton xırda şirin alma, 100 ton tut, əncir, qarağat və böyürtkən, 87 ton çiyələk və moruq, həmçinin 140 ton pomidor xarici bazarlara göndərilib.

Papoyan bildirib ki, hazırda qiymət enməsi yalnız gül və pomidor bazarında müşahidə olunur.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə təqdim olunan məlumatlara münasibət bildirərək nazirin açıqlamasından narazı qaldığını gizlətməyib.

“Cənab Papoyan, bu rəqəmlər bizə heç nə demir”, - deyə Paşinyan qeyd edib.

Ermənistanın Baş naziri, eyni zamanda çiyələyin bazarda qeyri-adi dərəcədə yüksək qiymətə satıldığını vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papoyan   Paşinyan  


Bizi "telegram"da izləyin