Ordu.az xəbər verir ki, dövlət mediasının yaydığı məlumata görə, Pxenyan rəhbərliyi hərbi potensialını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
KXDR rəhbərliyinin ABŞ və Cənubi Koreyaya qarşı əvəzolunmaz çəkindirmə vasitəsi hesab etdiyi nüvə proqramına görə çoxsaylı beynəlxalq sanksiyalar altında fəaliyyət göstərir.
Kim Çen In bu açıqlamaları çərşənbə axşamı liman şəhəri Nampoda keçirilən mərasimdə səsləndirib. Mərasim ötən il suya buraxılmış iki ədəd 5 min ton sinfinə məxsus döyüş gəmisindən biri olan “Choe Hyon”un xidmətə qəbuluna həsr olunub.
KXDR-nin rəsmi xəbər agentliyi KCNA-nın məlumatına görə, Kim çıxışı zamanı deyib: “Donanmanın nüvə silahları ilə təchiz edilməsi proqramı planlaşdırıldığı kimi qətiyyətlə davam edir”.
Kim həmçinin qeyd edib: “Bu, dövlətimizin nüvə qüvvələrinin çoxşaxəli və effektiv istifadəsini təmin edəcək həyati əhəmiyyət daşıyan strateji xəttdir”.
Daha böyük döyüş gəmiləri hazırlanır
KXDR daha əvvəl “Choe Hyon” döyüş gəmisinin “ən güclü silahlarla” təchiz olunduğunu açıqlamışdı. Kim Çen In isə apreldə gəmidən həyata keçirilən qanadlı raket sınağını şəxsən idarə etmişdi.
KCNA-nın ingilis dilli xidmətində yayımlanan məlumata görə, Kim bildirib ki, “Choe Hyon”dan sonra “Kang Kon” esminesini də qısa müddətdə döyüş növbətçiliyinə qəbul edəcəyik. Daha sonra isə ardıcıl şəkildə 10 min tonluq strateji döyüş gəmilərini suya buraxacağıq”.
KXDR lideri hər il “Choe Hyon”dan daha yüksək sinfinə məxsus iki suüstü döyüş gəmisinin inşasını planlaşdırdıqlarını, bunlardan birinin isə 10 min tonluq kreyser olacağını vurğulayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin inventarında yer alan “Arleigh Burke” sinfinə məxsus esmineslər və Cənubi Koreyanın “Böyük Kral Seconq” sinfinə məxsus esminesləri təxminən 10 min ton subasımı qabiliyyətinə malik gəmilər sırasındadır. Bu sinfinə məxsus gəmilər adətən 150-170 metr uzunluğa malik olur.
Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin inventarında 5 min tondan artıq subasımı qabiliyyətinə malik 10-dan çox döyüş gəmisi olduğu halda, KXDR-də bu sinifdə cəmi iki gəmi mövcuddur.
Çoi Gi-il AFP-yə açıqlamasında bildirib: “10 min ton həddi KXDR üçün simvolik məna daşıyır. Bu ölçüdə gəmi Pxenyanın Seulun dəniz gücündən geri qalmamaq əzmini nümayiş etdirəcək”.
ABŞ-yə mesaj xarakteri daşıyır
KXDR 2019-cu ildə Hanoy sammitinin nüvə silahlarından imtina və sanksiyalarla bağlı fikir ayrılıqları səbəbindən nəticəsiz başa çatmasından sonra özünü dəfələrlə “geri dönməz nüvə dövləti” kimi xarakterizə edib.
1953-cü ildə Koreya müharibəsinin sülh sazişi deyil, atəşkəslə başa çatması səbəbindən Şimali və Cənubi Koreya texniki baxımdan hələ də müharibə vəziyyətindədir.
KCNA tərəfindən yayımlanan fotolarda Kim Çen Inın yüksək vəzifəli şəxslərlə birlikdə “Choe Hyon”u salamladığı və yeni xidmətə qəbul edilmiş gəmidə çıxış etdiyi görünür.
Lim Eul-çul bildirib ki, bu addım ilk növbədə Cənubi Koreyanın əsas təhlükəsizlik müttəfiqi olan ABŞ-yə mesaj vermək məqsədi daşıyır.
Onun sözlərinə görə, “Əsas məsələ KXDR-nin bu silahları mümkün münaqişə zamanı ABŞ-nin Koreya yarımadasına hərbi müdaxiləsini daha effektiv şəkildə çəkindirmək və ya çətinləşdirmək məqsədilə qiymətləndirməsidir”.
Ekspert əlavə edib ki, taktiki nüvə başlığı daşıyan, gəmidən buraxılan qanadlı raketlərin yerləşdirilməsi Cənubi Koreya və ABŞ orduları üzərində təzyiqi əhəmiyyətli dərəcədə artıracaq, müdafiə və çəkindirmə xərclərini yüksəldəcək.
Açıqlama Kim Çen Inın qısa müddət əvvəl hakim partiyanın iclasında hərbi modernləşdirmə fəaliyyətlərini sürətləndirəcəyinə dair verdiyi vəddən sonra gəlib. O, ABŞ və Cənubi Koreyanı Koreya yarımadasını “nüvə müharibəsinin astanasına sürükləməkdə” ittiham etmişdi.
ABŞ hazırda Pxenyandan qaynaqlana biləcək hərbi təhdidlərə qarşı Cənubi Koreyanın müdafiəsini dəstəkləmək məqsədilə ölkədə təxminən 28 min 500 hərbçi yerləşdirib.
Sevinc Əliyeva
Ordu.az