Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens açıqlama verib.
“Mən bilirəm ki, [ABŞ müharibə naziri] Pit Heqset və bütün komanda hazırda bu məsələni nəzərdən keçirir. Çünki ABŞ qanunvericiliyinin tələblərinə uyğunluğun təmin olunması üçün dəqiqləşdirilməli olan müəyyən məqamlar var. Prezident bizə bu məsələ ilə məşğul olmağı tapşırıb”, - deyə Vens Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte arasında keçirilən görüş zamanı bildirib.
“Bu, əslində Konqresin səlahiyyətlərinə aid olan məsələdir. Sual ondan ibarətdir ki, Türkiyə F-35 “Lightning II” qırıcılarını ala bilməsi üçün ABŞ qanunlarının tələblərinə əməl edirmi”, - deyə o əlavə edib.
Vens vurğulayıb ki, Vaşinqton bu istiqamətdə işi davam etdirəcək.
Öz növbəsində Donald Tramp da mövzuya münasibət bildirərək qeyd edib: “Biz bu istiqamətdə işləyəcəyik”.
Sevinc Əliyeva
Ordu.az