"Enerji Ramştaynı" iclasından sonra Ukraynaya ən azı 375 milyon avro ayrılacaq

2025/07/1753104656.jpg
Oxunub: 229     12:45     25 İyun 2026    
Ukraynanın tərəfdaşları Polşanın Qdansk şəhərində keçirilən "Enerji Ramştaynı" iclasının yekunlarına əsasən, ölkənin enerji infrastrukturunun bərpasına ən azı 375 milyon avro yönəltmək qərarına gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın birinci Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal teleqram kanalında bildirib.

"Ukraynanın yanında olan hər bir dövlətə, beynəlxalq təşkilata və şirkətə təşəkkür edirəm. Bu dəstək enerji infrastrukturunu bərpa etməyə, kritik əhəmiyyətli obyektləri qorumağa və milyonlarla ukraynalını işıqla təmin etməyə şərait yaradır", - D.Şmıqal qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şmıqal   Ukrayna  


Bizi "telegram"da izləyin