ABŞ-də nüvə sınaqları üçün nəzərdə tutulan yeni uçuş aparatı sınaqdan keçirilib

2026/06/1782372772.jpg
Oxunub: 253     11:31     25 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp administrasiyası nüvə proqramı ilə bağlı yeni uçuş aparatının uğurla hazırlanaraq sınaqdan keçirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, yeni sistem süni zəka, qabaqcıl superkompüter texnologiyaları və 3D çap imkanlarından istifadə edilməklə hazırlanıb və uğurla sınaqdan keçirilib.

Televiziya kanalının məlumatında bildirilir ki, “Aires Tide” adlı layihə ABŞ-nin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) tərəfindən həyata keçirilir.

Uçuş aparatı nüvə silahlarına uçuş zamanı təsir edən vibrasiya yüklərinin və ekstremal yüksək temperatur şəraitinin modelləşdirilməsi üçün nəzərdə tutulub.

NNSA rəhbəri Brendon Uilyams bu sınaqları tarixi əhəmiyyətli mərhələ adlandırıb və onların vacibliyini “Manhetten Layihəsi” ilə müqayisə edib.

O vurğulayıb ki, yeni texnologiya süni zəkanın tətbiqi vasitəsilə ABŞ-nin nüvə arsenalının hazırlanması və texniki xidmət prosesinin sürətləndirilməsinə kömək etməlidir.

Bununla yanaşı, 2026-cı il iyunun 9-da ABŞ Hərbi Hava Qüvvələrinin yeni E-4C “Qiyamət Günü” təyyarəsinin hazırlanması üçün 2,2 milyard dollar maliyyə vəsaiti tələb etdiyi barədə məlumat yayılmışdı.

Qurumun büdcə sənədlərində qeyd olunur ki, 2027-ci maliyyə ili üçün tələb olunan maliyyələşdirmə cari ildə bu layihəyə ayrılmış vəsaitdən 23,2 faiz çoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Nüvə-sınaqları  


Bizi "telegram"da izləyin