Paşinyan: "Baş nazirin müavinləri və nazirlər yeni hökumətdə öz postlarını qoruyub saxlayacaq"

2026/03/1773688082.jpg
Oxunub: 319     13:10     25 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni hökumətin tərkibini Baş nazirin müavinləri və nazirlər səviyyəsində dəyişdirməyi planlaşdırmır.

Ordu.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

"Hökumətin tərkibində: baş nazirin müavinləri və nazirlər səviyyəsində dəyişikliklərə ehtiyac görmürəm. Düşünürəm ki, icra hakimiyyətinin digər səviyyələrində bəzi dəyişikliklər baş verəcək", - N.Paşinyan bildirib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin hesablanmasının yekunlarına görə, Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçicilərin səslərinin 49,83 %-ni alıb ki, bu da ona təkbaşına hökumət formalaşdırmaq hüququ verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin