Bakıda Yaxın Şərqin türkman irsinə həsr olunan forum keçirilir

2026/05/1779949641.jpg
Oxunub: 237     11:10     25 İyun 2026    
Bakıda "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilir.

Ordu.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan forumda İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın yaxın vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.

Forumun rəsmi açılış mərasimindən sonra "Nə yaxınmış uzaqlar!" adlı paneldə türkman irsinin qorunması, ortaq mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   Forum   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin