Xalid İsmayıl: "Azərbaycan Türk dünyasının birliyi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir"

2026/05/1779949754.jpg
Oxunub: 180     12:29     25 İyun 2026    
Azərbaycan Türk dünyasının birliyi və həmrəyliyi istiqamətində mühüm təşəbbüslərə çıxış edən ölkələrdən biridir.

Ordu.az xəbər verir ki, bunu Livandakı "Azərbaycan Evi"nin rəhbəri Xalid İsmayıl "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.

Onun sözlərinə görə, türk xalqlarının ortaq mədəni irsi gələcək nəsillərə ötürülməlidir:

"Bu gün Bakıda ortaq gələcəyimizi müzakirə etmək üçün toplaşmışıq. Mədəni irsin gələcək nəsillərə ötürülməsi önəmlidir. Burada vətəndaş cəmiyyətinin rolu əsasdır".

X.İsmayıl qeyd edib ki, "Livan Azərbaycan Evi" iki ölkə arasında əlaqələrin inkişafı üçün davamlı səylər göstərir:

"Azərbaycan ilə Livan arasında dostluğun inkişafına, Azərbaycan həqiqətlərinin çatdırılmasına və Türk dünyasının müxtəlif icmaları arasında mədəni körpülərin qurulmasına çalışırıq. Qarşılıqlı əməkdaşlıq, mədəni rəngarənglik və gənclər arasında əlaqələrin genişləndirilməsinin ortaq gələcəyimizin əsas təməli olacağına inanırıq. Bu gün qarşıda duran əsas məsələlərdən biri də milli-mədəni irsimizin qorunmasını gücləndirməkdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Xalid-İsmayıl  


Bizi "telegram"da izləyin