Haşim Kamil Mustafa: "Türkman irsini qorumağın ən effektiv yolu milli kimliyə sahib çıxmaqdır"

2026/06/cxvxc-1782377587.jpg
Oxunub: 188     12:43     25 İyun 2026    
Türkman irsini qorumağın ən effektiv yolu dilə, tarixə və milli kimliyə sahib çıxmaqdır.

Ordu.az xəbər verir ki, bunu İraq Füzuli Mədəniyyət Mərkəzinin sədri Haşim Kamil Mustafa "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.

Onun sözlərinə görə, türkman irsinin yaşadılması üçün onun gələcək nəsillərə ötürülməsi qaçılmazdır: "Gənclərin bu sahəyə olan marağını artırmalı, türkman tarixini, mədəniyyətini yaşatmalıyıq".

Mərkəz sədri qeyd edib ki, digital platformalarda bu istiqamətdə maarifləndirmə tədbirləri genişləndirilməlidir: "Türkman irsini qorumağın ən effektiv yolu dilə, mədəniyyətə, milli kimliyə sahib çıxmaqdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Haşim-Kamil-Mustafa   Türkman-irsi  


Bizi "telegram"da izləyin