Makron iyulun 13-də Ukrayna ilə bağlı “istəklilər koalisiyası”nın görüşünün keçiriləcəyini açıqlayıb

2026/06/1782368514.jpg
Oxunub: 197     10:20     25 İyun 2026    
“Ukrayna məsələsi üzrə “istəklilər koalisiyası”nın növbəti görüşü iyulun 13-də keçiriləcək”.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Berlində keçirilən mətbuat konfransında açıqlama verib.

Məlumata görə, açıqlama Almaniya, İtaliya, Fransa, Böyük Britaniya və Polşanın iştirak etdiyi “Avropa beşliyi” (E5) formatında danışıqlardan sonra səsləndirilib.

Makron bildirib ki, son dövrlərdə Avropa ölkələri ilə ABŞ-nin mövqeləri bir-birinə xeyli yaxınlaşıb və bu birliyin qorunub saxlanılması vacibdir.

“Bu yaxınlaşma Ankarada keçiriləcək NATO sammiti zamanı da davam etməlidir. Bundan sonra isə iyulun 13-də bizim təşkil edəcəyimiz, Ukraynaya dəstək və təhlükəsizlik təminatlarına həsr olunmuş “istəklilər koalisiyası”nın görüşündə də bu xətt davam etdirilməlidir”, - deyə Fransa Prezidenti qeyd edib.

Makronun sözlərinə görə, qarşıdakı görüş Ukraynaya dəstək məsələlərinin və təhlükəsizlik zəmanətlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Ukrayna   Fransa  


Bizi "telegram"da izləyin