ABŞ Venesuelaya xilasedicilər və humanitar yardım göndərir

2026/06/1780903375.jpg
Oxunub: 182     10:03     25 İyun 2026    
ABŞ güclü zəlzələlərin fəsadlarını aradan qaldırmaq üçün Venesuelaya axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"ABŞ dağıdıcı zəlzələlərlə əlaqədar Venesuela xalqına dərin hüznlə başsağlığı verir. yaxınlarını itirənlər, yaralananlar, eləcə də təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün yorulmadan çalışan cəsur xilasedicilərin yanındayıq. ABŞ bu çətin vaxtda Venesuela xalqını dəstəkləyir. ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə Dövlət Departamenti dərhal Venesuelaya axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərir", - M.Rubio yazıb.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat yayıb. Ölkə fövqəladə vəziyyət rejimi elan edilib. İlkin məlumata görə, Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb, daha 700 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Venesuela  


Bizi "telegram"da izləyin