NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycandadır

2025/09/1758085450.jpg
Oxunub: 310     10:47     25 İyun 2026    
NATO-nun Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton Azərbaycanda səfərdədir.

Ordu.az xəbər verir ki, bu barədə "Report"a diplomatik mənbə məlumat verib.

Onun sözlərinə görə, K.Hamilton artıq Bakıda görüşlər keçirməyə başlayıb. Xüsusilə, o, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Azərbaycanın ekspert icması ilə görüşüb.

Qeyd edək ki, bu, K.Hamiltonun Alyansın region üzrə xüsusi nümayəndəsi kimi Azərbaycana ilk səfəridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Azərbaycan  


Bizi "telegram"da izləyin