İran Müdafiə Nazirliyi son münaqişə dövründə raket və PUA istehsalının sürətləndirildiyini açıqlayıb

2026/06/1781640208.jpg
Oxunub: 196     00:02     17 İyun 2026    
İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən general-mayor Seyid Məcid İbn əl-Rza son silahlı münaqişə dövründə ölkənin strateji raketlərin və Pilotsuz Uçuş Aparatlarının (PUA) istehsalını sürətləndirdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

General bu açıqlamaları İran parlamentində Şərqi Azərbaycan vilayətini təmsil edən deputatlarla görüş zamanı səsləndirib.

O qeyd edib ki, həmin dövrdə İranın müdafiə sənayesi daha sürətlə inkişaf edib.

Bu inkişafda elmi-tədqiqat yönümlü şirkətlərin potensialından istifadə mühüm rol oynayıb və bu da silah istehsalının artırılmasına, eləcə də mövcud sistemlərin modernləşdirilməsinə imkan verib.

General vurğulayıb ki, raket və PUA istehsalı daha yüksək sürət və dəqiqliklə həyata keçirilib.

Bununla yanaşı, silahlı qüvvələr üçün yeni və modernləşdirilmiş silah nümunələri hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Raket   PUA  


Bizi "telegram"da izləyin