"Xatəm əl-Ənbiya": İsrail ordusu Livana hücumları dayandırmasa, İran sərt cavab verəcək

2025/10/1760155380.jpg
Oxunub: 197     23:07     16 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp tərəfindən müharibənin başa çatdığının elan edilməsindən sonra Israil ordusu Livanın cənubunda atəşkəsi 84 dəfə pozub və dinc sakinlər qətlə yetirilib.

Ordu.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının məlumatında bildirilib.

"Əgər İsrail ordusu Livanın cənubuna hücumları dayandırmasa, İran sərt cavab verəcək", - komandanlıq xəbərdarlıq edib.

Xatırladaq ki, Ağ Ev rəhbəri Donald Tramp ABŞ və İranın müqavilə bağladığını iyunun 15-də açıqlayıb.

Eyni gündə Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirib. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Livan  


Bizi "telegram"da izləyin