Qətər ABŞ-İran dialoqunun əməkdaşlığın genişləndirilməsi üçün əsas olacağına ümid edir

2026/04/1776365332.jpg
Oxunub: 199     21:22     16 İyun 2026    
Qətər ABŞ ilə İranın iyunun 19-da gözlənilən görüşü və müharibəninin dayandırılması ilə bağlı memorandumun imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün əsas olacağına ümid edir.

Ordu.az ISNA-ya istinadən xəbər verir ki, bunu Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani deyib.

"Ümid edirəm ki, qarşıdan gələn görüş dialoq və əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq", - o bildirib.

Qətər Əmiri ABŞ və İran arasında memorandum barədə razılaşmanı yüksək qiymətləndirib:

"Prezident Trampa (ABŞ Prezidenti Donald Tramp - red.), Pakistana və bütün tərəfdaşlara minnətdarlığımızı bildiririk".

Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirib. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   ABŞ   İran  


Bizi "telegram"da izləyin