Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Telekanal etiraf edib ki, istifadə olunan ifadə “yanıltıcı” olub və materialda müvafiq dəyişikliklər edilib.
ZDF-nin məlumatına görə, dəyişikliklər Maskın təqdim etdiyi tələblərdən sonra həyata keçirilib. O bildirib ki, sözləri təhrif olunub və telekanala qarşı “yalan iddialar” səbəbindən hüquqi addımlar atılır.
Süjetin hazırlanmasına səbəb Belfastda baş vermiş iğtişaşlar olub. Hadisələr şəhərin şimal hissəsində küçədə baş verən bıçaqlanma hadisəsindən sonra başlayıb. Polis hadisə ilə bağlı şübhəli bilinən Sudan vətəndaşını saxlayıb. Daha sonra həmin şəxs qəsdən adam öldürməyə cəhd ittihamı ilə həbs olunub.
Zərərçəkmiş ağır xəsarətlər alıb və bir gözünü itirib. Bu hadisə sonradan şəhərdə baş verən iğtişaşlar və yandırma halları üçün əsas səbəblərdən biri hesab olunur. “ZDFheute” Live proqramında vəziyyətlə bağlı “Mask etirazları necə qızışdırır?” başlıqlı veriliş yayımlanıb.
Verilişin ilkin təqdimatında aparıcı bildirib ki, “irqçi kütlə miqrantları ovlayır” və iğtişaşlara çağırış amerikalı milyarder və britaniyalı bir fəal ilə əlaqəlidir.
Reaksiyalardan və düzəlişlərdən sonra telekanal açıqlama verərək ifadələri dəqiqləşdirib.
Bildirilib ki, söhbət “X” sosial şəbəkəsində etiraz aksiyalarının müzakirəsi ilə bağlı paylaşımlardan gedirdi və ilkin təqdimat “dəqiq olmayan və yanıltıcı” xarakter daşıyırdı. “X” platformasının, həmçinin “Tesla” və “SpaceX” şirkətlərinin sahibi olan İlon Mask isə ZDF-ni yalan məlumat yaymaqda ittiham edib və hüquqi tədbirlər görmək niyyətində olduğunu açıqlayıb.
O daha əvvəl sosial şəbəkələrdəki fəaliyyətinin gərginliyin artmasına səbəb olması ilə bağlı ittihamları da rədd etmişdi. Belfast ətrafında yaranmış vəziyyət Böyük Britaniyada miqrasiya ilə bağlı ictimai müzakirələrin kəskinləşməsi və siyasi baxımdan həssas məzmunun yayılmasında sosial şəbəkələrin rolu fonunda beynəlxalq diqqət cəlb edib.
Sevinc Əliyeva
Ordu.az