“Bloomberg”: Aİ Zelenski ilə danışıqlar fonunda Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişməyə çalışır

2026/06/1781635547.jpg
Oxunub: 202     22:42     16 İyun 2026    
Ukraynanın Avropadakı müttəfiqlərinin “Böyük Yeddilik” sammitində ABŞ-dən gözlədiyi əsas məsələlərdən biri Vladimir Zelenski ilə Donald Tramp arasında görüş təşkil etmək və ABŞ prezidentini Rusiyanın Ukraynaya qarşı müharibəsinə daha çox diqqət yetirməyə təşviq etməkdir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

Agentliyin məlumatına görə, Fransada keçirilən sammitdə iştirak edən dünya liderləri hesab edirlər ki, Avropa və ABŞ Ukraynanın mövqelərinin gücləndiyi qənaətinə getdikcə daha çox yaxınlaşır.

Sammit rəsmilərinin sözlərinə görə, ötən ilin yayında Vladimir Putinlə görüşündən sonra Donald Tramp uzun müddət Ukraynanın əlində ciddi imkanların olmadığına və döyüş əməliyyatlarını dayandırmaq üçün ərazi güzəştlərinə getməli olduğuna inanırdı.

Çərşənbə axşamı səhər tezdən Ukrayna Prezidenti Vladimir Zelenski Alp dağlarındakı Evian kurort şəhərinə gəldikdə kameralar onun Fransa Prezidenti Emmanuel Makronla Donald Trampla görüş əldə etmək strategiyasını müzakirə etdiyini qeydə alıb.

Bundan qısa müddət sonra Makron danışıqların kuluarlarında Zelenski ilə Trampı qısa görüş üçün bir araya gətirib.

G7 nümayəndəsinin sözlərinə görə, Zelenski Trampa Kiyevdə zərər görmüş Müqəddəs Məryəmin Göyə Qalxması Kafedralının şəkillərini göstərib və Tramp bundan təsirlənib.

G7 rəsmilərindən birinin sözlərinə görə, hazırda Rusiyanın döyüş meydanında qalib gələ bilməyəcəyi barədə ümumi fikir formalaşır.

Bu, Trampın 2025-ci ilin avqustunda Ankoric sammitindən sonra münaqişəyə baxışından əhəmiyyətli dərəcədə fərqlənən yanaşma hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Zelenski   Tramp  


Bizi "telegram"da izləyin