İran və Livan parlament sədrləri İsrail qüvvələrinin Livan ərazisindən çıxarılmasının vacibliyini vurğulayıblar

2026/06/1780395688.jpg
Oxunub: 209     21:14     16 İyun 2026    
Livan və İran parlamentlərinin sədrləri çərşənbə axşamı keçirilən telefon danışığı zamanı İsrail qüvvələrinin Livan ərazisindən dərhal çıxarılmasının zəruriliyini vurğulayıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Livan parlamentinin sədri Nəbih Berri iranlı həmkarı Məhəmməd Baqir Qalibaf ilə telefon danışığı aparıb. Tərəflər Livanda və regionda baş verən hadisələri, eləcə də ABŞ ilə İran arasında imzalanmış Anlaşma Memorandumunu müzakirə ediblər.

Nəbih Berrinin ofisinin yaydığı bəyanatda bildirilir ki, tərəflər İsrailin Livandakı hərbi fəaliyyətinin dayandırılması və işğal altında saxlanılan Livan ərazilərindən dərhal çıxmağa məcbur edilməsi çağırışı ilə çıxış ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Livan   İsrail  


Bizi "telegram"da izləyin