“Thales” və “Renault” taktiki vasitə təqdim edib

2026/06/Ekran-1781632699.jpg
Oxunub: 224     21:54     16 İyun 2026    
Fransanın “Renault Group” və THALES şirkətləri “Eurosatory 2026” sərgisində hərbçilərin gələcək əməliyyatları üçün nəzərdə tutulmuş innovativ taktiki vasitə olan 4 TROOP-u təqdim ediblər.

Ordu.az xəbər verir ki, “Renault Group” və THALES quru qoşunlarının yeni əməliyyat tələblərinə uyğunlaşdırılmış VCMR vasitəsinin prototip versiyası olan 4 TROOP-u nümayiş etdiriblər.

Layihə yeni nəsil, dayanıqlı və çoxməqsədli platformaların sürətli və optimal xərc ilə istehsal edilməsi məqsədilə “Renault Group”un texnoloji və sənaye təcrübəsini, eləcə də THALES-in qabaqcıl təhlükəsiz rabitə və əlaqə texnologiyalarını birləşdirir.

İnteqrasiya edilmiş Plotsuz Uçuş Aparat (PUA) sistemləri, qabaqcıl sensorlar, hibrid təhlükəsiz rabitə həlləri və süni zəka dəstəyi ilə işləyən qərarvermə sistemləri ilə təchiz olunan vasitə daha yaxşı müşahidə, daha sürətli reaksiya və daha yüksək əməliyyat səmərəliliyi təmin etməklə quru qoşunlarının imkanlarını artırmağı hədəfləyir.

“Eurosatory” sərgisində təqdim edilən prototip THALES-in təhlükəsiz rabitə, taktiki əlaqə, əməliyyat koordinasiyası və qərarvermə dəstəyi üçün hazırladığı sistemləri “Renault Group”un elektron arxitekturasına inteqrasiya edir.

Birgə açıqlamaya görə, vasitə yüksək məlumat emalı qabiliyyətinə malikdir və müxtəlif əməliyyat profillərini dəstəkləmək məqsədilə PUA və insansız quru platformalarını idarə və koordinasiya etmək imkanları ilə təchiz olunub.

THALES-in Döyüş Rəqəmsal Platforması sayəsində vasitə quru qoşunlarının missiya tələblərinə tam uyğunlaşdırıla bilən və yüksək əməliyyat imkanları təqdim edən mobil komanda mərkəzi rolunu oynayır.

Birgə açıqlamada bildirilib: “Renault Group”un elektron arxitektura sahəsindəki təcrübəsi ilə THALES-in qabaqcıl texnologiyalarının birləşdirilməsi optimal xərc ilə sürətli yerləşdirilə bilən vasitələrin kütləvi istehsalını mümkün edəcək. Silahlı qüvvələr eyni zamanda texniki xidmət, istismar müddəti boyunca dəstək və logistika yükünün azaldılması sahələrində də “Renault Group”un imkanlarından yararlanacaqlar”.

Qeyd olunub ki, prototip gizli əməliyyat aparmaq qabiliyyəti ilə uzaq məsafə imkanlarını birləşdirən hibrid güc qurğusuna malik 4×4 platformadır.

THALES-in iki texnologiyanı birləşdirən sistemləri sayəsində vasitə qərarvermə dəstəyi, kəşfiyyat, bölmələrin koordinasiyası, müşayiət, logistika təminatı, strateji obyekt və ərazi müşahidəsi, eləcə də PUA və insansız quru platformalarının istifadəsi kimi vəzifələri yerinə yetirə bilir.

Elektrikli vasitələrdə mövcud olan V2L (Vehicle-to-Load) funksiyası enerji müstəqilliyini artırmaqla yanaşı, sahədə müxtəlif elektrik avadanlıqlarını qidalandırmağa da imkan verir.

Bu həllin “Renault Group”un SUV və yüngül kommersiya vasitələri daxil olmaqla bir çox platformaları ilə uyğun olduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Thales   Renault  


Bizi "telegram"da izləyin