Köçəryanın ofisi: Bu, iki gün əvvəl hava limanında baş vermiş qanunsuzluğun davamıdır

2026/06/1781624202.jpg
Oxunub: 207     19:39     16 İyun 2026    
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisi onun barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət olunması ilə bağlı bəyanat yayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bəyanatda deyilir: “Bu, iki gün əvvəl hava limanında baş vermiş qanunsuzluğun davamıdır. Faktiki olaraq iki gün əvvəl İstintaq Komitəsi və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bəyan edirdi ki, heç bir cinayət işi yoxdur və buna görə də prezidentin ölkədən çıxışına qoyulan məhdudiyyət birbaşa cinayət törədilməsi yolu ilə həyata keçirilib. Bu gün isə hökumətə bağlı prokurorluq hansısa işi “tikərək” Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Nəyə görə Mərkəzi Seçki Komissiyasına müraciət ediblər? Onsuz da qanunlara məhəl qoymurlar. Birbaşa hökumətin qərarı ilə cinayət işi aça və ya Paşinyanın mitinqdəki isterik çıxışına istinad edə bilərdilər. Faktiki olaraq Paşinyan növbəti dəfə hüquq-mühafizə orqanlarını bu cinayətin iştirakçısına çevirir.

Heç bir “yeni” cinayət işi barədə məlumatımız yoxdur və prezident heç bir iş üzrə dindirilməyib. Belə və daha pis ssenarilərə hazırıq və hər zaman da hazır olmuşuq.

Ermənistanın ikinci prezidentinin ofisinin rəhbəri Baqrat Mikoyan.

2026-cı il iyunun 16-sı”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin