Ordu.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bununla Seyidbəyli kəndinə köçürülən ailələrin sayı 27-yə (92 nəfər) çatıb.
***
Xocalı rayonunun Seyidbəyli kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.
Ordu.az xəbər verir ki, Seyidbəyliyə bu gün yola salınan köç karvanı 18 ailədən (61 nəfər) ibarətdir.
Bununla da kəndə 27 ailənin (92 nəfər) köçürülməsi təmin edilib.
***
Xocalı rayonu Seyidbəyli kəndinə növbəti 18 ailənin (61 nəfər) qayıdışı təmin edilib.
Ordu.az-ın verdiyi xəbərə görə, qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində baş tutub.
Kəndə qayıdan ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.
Bununla da Seyidbəyli kəndinə qayıdan ailələrin sayı 27-yə (92 nəfər) çatdırılıb.
Ordu.az