Köçəryanın toxunulmazlığının ləğvi ilə bağlı müraciət sabah müzakirə olunacaq

2026/06/1780404081.jpg
Oxunub: 202     21:09     16 İyun 2026    
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın toxunulmazlığının ləğvi ilə bağlı prokurorluğun müraciətinə Mərkəzi Seçki Komissiyasında sabah saat 15:00-da baxılacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd edək ki, prokurorluq Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryan, eləcə də deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseğyan barəsində cinayət təqibinin başlanmasına icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Ruslan Barseğyan “Hayastan” blokunun seçki siyahısında 62-ci, Asatur Köçəryan isə 154-cü sırada yer alır.

Bununla bağlı Ermənistanın ikinci prezidentinin ofisi bəyanat yayaraq bildirib ki, bu hadisə iki gün əvvəl hava limanında baş vermiş qanunsuzluğun davamıdır.

“Faktiki olaraq iki gün əvvəl İstintaq Komitəsi və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bəyan edirdi ki, heç bir cinayət işi yoxdur və buna görə də prezidentin ölkədən çıxışı birbaşa qanun pozuntusu yolu ilə məhdudlaşdırılıb. Bu gün isə hökumətə bağlı prokurorluq hansısa işi ‘tikərək’ Mərkəzi Seçki Komissiyasına müraciət edib”, - deyə bəyanatda qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin