Putin iyunun 17-də Kazanda Hakan Fidanı qəbul edəcək

2026/01/1768795703.jpg
Oxunub: 183     22:39     16 İyun 2026    
Rusiya Prezidenti Vladimir Putin iyunun 17-də axşam saatlarında Kazan şəhərində Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda Türkiyənin xarici işlər naziri Fidan Moskvada səfərdədir. O, prezidentimizlə görüş xahişi edib. Bu xahiş təmin olunacaq. Prezidentimiz Türkiyənin xarici işlər nazirini sabah axşam təxminən saat 20:00-da Kazanda qəbul edəcək”, - deyə Uşakov vurğulayıb.

Rusiya prezidentinin köməkçisi qeyd edib ki, Vladimir Putin artıq çərşənbə günü Kazanda işləyəcək. Burada Rusiya-ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) sammiti keçiriləcək.

ASEAN-a Tailand, İndoneziya, Malayziya, Sinqapur və Filippin də daxil olmaqla region ölkələri daxildir. Bundan əvvəl Hakan Fidan da Rusiyaya səfəri zamanı Putin tərəfindən qəbul ediləcəyini gözlədiyini bildirmişdi.

Yuri Uşakov daha əvvəl açıqlamışdı ki, Kazanda keçiriləcək Rusiya-ASEAN sammitinin yekununda dörd sənəd qəbul olunacaq. Onun sözlərinə görə, tədbirin gündəliyində qlobal və regional məsələlər üzrə fikir mübadiləsi aparılması yer alır.

Eyni zamanda ölkələr strateji tərəfdaşlığın inkişafı istiqamətində son 35 ildə görülən birgə işlərə də xüsusi diqqət ayıracaqlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Fidan  


Bizi "telegram"da izləyin