ABŞ Hərbi Dəniz Qüvvələrinin bir esminesi müəmmalı yeni top aldı

2026/04/54654-1776667595.jpg
Oxunub: 1159     11:14     20 Aprel 2026    
OSINT analitikləri Havay yaxınlığında bu yaxınlarda həyata keçirilən səfər zamanı USS “Carl M. Levin”in göyərtəsində əlavə bir silah aşkarlayıblar, bu, ehtimal ki, hansısa antidron buraxıklış qurğusudur.

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Arleigh Burke” sinfinə məxsus idarəolunan raket esminesləri tezliklə yeni silah əldə edə bilər.

Bu yaxınlarda bir esminesin yeni silah sistemi daşıdığı müşahidə olunub, məlumatlara görə, bu, antidron sistemidir.

“Arleigh Burke” sinfinə məxsus esmines üçün yeni silah?

USS “Carl M. Levin”, “Arleigh Burke” sinfinə məxsus idarəolunan raket esminesi Havaydakı Pörl-Harbor ABŞ hərbi-dəniz bazası yaxınlığında yeni buraxılış sistemi daşıyarkən müşahidə olunub.

Dəniz Piyada Korpusu xəbərlər buraxılışında arxa planda USS “Carl M. Levin” göstərilib. Açıq mənbə kəşfiyyatı üzrə analitik fotonu böyüdərək döyüş gəmisinin arxa hissəsində yeni sistemi müəyyən edib. Döyüş gəmisinin nisbətən köhnə fotolarında bu sistem görünmür, bu da onun tamamilə yeni olduğunu göstərir.

İnsansız sistemlərdən yaranan artan təhdidə cavab olaraq, ABŞ Hərbi Dəniz Qüvvələri yeni antidron sistemləri hazırlamaq üzərində işləyir. Yeni sistemlərə ehtiyac iki istiqamətdən irəli gəlir: Hərbi Dəniz Qüvvələri təkmilləşdirilmiş qabiliyyətlərə malik yeni nəsil pilotsuz sistemlərə qarşı istifadə üçün zəruri vasitələrə sahib olmaq istəyir və iqtisadi baxımdan məntiqli olan əks-tədbirlər hazırlamağa çalışır. İran istehsalı olan “Shahed-136” kamikadze pilotsuz uçuş aparatı təxminən 35 min dollara başa gəlir, halbuki ən ucuz zenit-raket önləyici raketi belə yüz minlərlə dollar dəyərindədir.

Şübhəsiz, yeni silah sistemi başqa təhdidlərə qarşı da nəzərdə tutula bilər. Lakin naməlum sistemin forması, eləcə də antidron silahlarına olan ehtiyac onun təyinatının yaxınlaşan pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək olduğunu göstərir.

ABŞ Hərbi Dəniz Qüvvələri birdəfəlik hücum pilotsuz sistemlərinə, başqa adla “gəzən sursat”a və ya kamikadze pilotsuz uçuş aparatlarına qarşı mübarizədə xeyli təcrübə toplayıb. Əsl sınaq meydanı Qırmızı dənizdə və Yəməndə İranın dəstəklədiyi husi üsyançı hərəkatına qarşı kampaniya zamanı yaranıb. Husilər diqqətçəkən gəmi əleyhinə raket və kamikadze pilotsuz uçuş aparatı arsenalına malikdirlər, ABŞ Hərbi Dəniz Qüvvələri və NATO döyüş gəmilərinə, eləcə də ticarət gəmilərinə dəfələrlə hücum ediblər.

Məsələn, ötən il Hərbi Dəniz Qüvvələri USS “Bainbridge” və USS “Winston S. Churchill” “Arleigh Burke” sinfinə məxsus esmineslərdə “Coyote” antidron sistemini sınaqdan keçirib. Bu iki idarəolunan raket esminesi USS “Gerald R. Ford” aviadaşıyıcısının döyüş qrupu ilə əlaqəli 2-ci Esmines Eskadronunun tərkibinə daxildir. Onlar Venesuelada və İranda döyüş görüblər.

“Arleigh Burke” sinfi ABŞ Hərbi Dəniz Qüvvələri üçün əvəzolunmazdır

İstifadəyə verilmə ili: 1991
İnşa olunma sayı: 74
Uzunluq: variantdan asılı olaraq 505-510 fut (154-155,5 m)
En (genişliyi): 66 fut (20,1 m)
Subasımı qabiliyəti: 9 000 ton
Mühərriklər: dörd “General Electric” LM2500 qaz turbini (hər biri 26 250 at gücü)
Maksimal sürət: təxminən 30 düyün (35 mil/saat, 55,5 km/saat)
Mənzil: təxminən 4 400 dəniz mili (5 100 mil, 8 148 km)
Silahlar: 5 düymlük “Mk 45” topu, “Harpoon” gəmi əleyhinə raketləri, “Aegis” Döyüş Sistemi, “Mk 45” və ya 46 torpedoları, “Tomahawk” qanadlı raketləri, RM-66/156/161/162/174 hava hücumundan müdafiə raketləri (96 VLS buraxılış qurğusu), sualtı qayıqlara qarşı mübarizə üçün iki MH-60R “Sea Hawk” helikopteri.
Ekipaj: versiyadan asılı olaraq 303-323 nəfər (“Flight I”, “Flight II”, “Flight IIA” və “Flight III”)


“Arleigh Burke” sinfinə məxsus idarəolunan raket esminesləri Hərbi Dəniz Qüvvələrinin ən vacib gəmilərindən biridir.

İlk növbədə, onlar donanmanın xeyli hissəsini təşkil edir. Aprel ayına olan məlumata görə, Hərbi Dəniz Qüvvələrinin aktiv siyahısında təxminən 291 döyüş və dəstək gəmisi var. Bu gəmilərdən 74-ü “Arleigh Burke” sinfinə məxsus esminesdir, yəni donanmanın 25 faizindən bir qədər çoxu və yeni esmineslərin əlavə olunması ilə bu rəqəm artır. Həqiqətən də, bu çoxşaxəli suüstü döyüş gəmiləri Hərbi Dəniz Qüvvələrinin onurğa sütunudur və geniş tapşırıq spektrini yerinə yetirmək üçün nəzərdə tutulub.

Məsələn, Hərbi Dəniz Qüvvələri mühüm su yolunda minatəmizləmə əməliyyatı çərçivəsində Fars körfəzində ən azı iki “Arleigh Burke” sinfinə məxsus esmines yerləşdirib.

Variantdan asılı olaraq, “Arleigh Burke” sinfinə məxsus esmines şaquli buraxılış sistemi şaxtalarında təxminən 100 raket daşıya və suüstü hədəflərə qarşı, hava hücumundan müdafiə, quru hədəflərinə zərbə və sualtı qayıqlara qarşı əməliyyatlar həyata keçirə bilər.

Sinfə yeni silah sisteminin ehtimal olunan əlavə edilməsi onun qabiliyyətlərini daha da artıracaq və onu dəyişən müharibə xarakterinə, həmçinin pilotsuz sistemlərdən gələn daim artan təhdidə qarşı daha yaxşı hazırlayacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Esmines  


Bizi "telegram"da izləyin