Ermənistan və İran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib

2026/06/1781635453.jpg
Oxunub: 194     22:36     16 İyun 2026    
Ermənistanın İran İslam Respublikasındakı səfiri Qriqor Hakopyan İran Gömrük Xidmətinin rəhbəri Forud Əsgəri ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, tərəflər Ermənistan ilə İran arasında ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və ticarətin asanlaşdırılması istiqamətində atılacaq addımları müzakirə ediblər.

“Görüş zamanı Mehri-Norduz sərhəd-keçid məntəqələrinin fəaliyyəti, sərhəd prosedurlarının təkmilləşdirilməsi və yükdaşımaların səmərəliliyinin artırılması imkanları da nəzərdən keçirilib. Tərəflər bu kontekstdə iki ölkənin gömrük orqanları arasında mövcud olan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin