"Hizbullah" lideri: "Xamenei və Pezeşkiana təşəkkür edirik"

2026/05/1778583768.jpg
Oxunub: 162     20:04     16 İyun 2026    
Livanın "Hizbullah" qruplaşmasının lideri Naim Qasem Vaşinqtonla Tehran arasında ilkin razılaşma və yekun memoranduma İsrailin Beyruta hücumları dayandırması ilə bağlı bəndin daxil edilməsinə görə İrana təşəkkür edib.

Ordu.az xəbər verir ki, bu barədə N. Qasemin İranın xarici işlər naziri Abbas Əraqçiyə ünvanladığı məktubda qeyd olunub.

"Livana qarşı İsrail-Amerika hücumlarının qarşısının alınması üçün yeganə və ən təsirli ümidi reallığa çevirdiniz", - Qasem yazıb və əlavə edib ki, bununla İranın ədaləti dəstəklədiyini isbatlanıb.

"Hizbullah" lideri A. Əraqçidən qruplaşma adından İranın Ali rəhbəri Müctəba Xameneiyə də təşəkkür çatdırılmasını xahiş edib: "Həmçinin müqavimətin dostu olan Prezident Məsud Pezeşkian, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və bütün rəsmi şəxslərə minnətdarıq".

Qeyd edək ki, ABŞ ilə İran arasında yekun razılaşmanın iyunun 19-da Cenevrədə imzalanması gözlənilir. Memorandumun bəndləri barədə İran mediasında bəzi məlumatlar dərc olunsa da, müəyyən məsələlər sual altındadır. Örnək kimi, İranın 300 milyard dollarlıq təzminat tələbini göstərmək olar, çünki ABŞ Prezidenti Donald Tramp bunu təkzib edib. Onun sözlərinə görə, ABŞ-nin İranın bərpasını maliyyələşdirməsi barədə iddialar əsassızdır.

Ağ Evin İrandakı zənginləşdirilmiş uranı məhv etmək tələbi isə dəyişməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Xamenei   Pezeşkian  


Bizi "telegram"da izləyin