Ermənistan Baş Prokurorluğu Köçəryan və daha iki nəfərin cinayət məsuliyyətinə cəlb olunması üçün MSK-yə müraciət edib

2026/06/1781623732.jpg
Oxunub: 204     19:24     16 İyun 2026    
Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryan, eləcə də deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseğyan barəsində cinayət təqibinin başlanmasına icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, Ruslan Barseğyan “Hayastan” blokunun seçki siyahısında 62-ci, Asatur Köçəryan isə 154-cü sırada yer alır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Köçəryan   MSK  


Bizi "telegram"da izləyin