Rusiya 103 Kanada vətəndaşına ölkəyə girişi qadağan edir

2025/08/1755698126.jpg
Oxunub: 201     23:20     16 İyun 2026    
Rusiya daha əvvəl Kanada tərəfindən tətbiq edilən sanksiyalara cavab olaraq nazirlər və parlament üzvləri də daxil olmaqla, bu ölkənin 103 vətəndaşının Rusiyaya girişini qadağan edir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

"Mark Karni kabinetinin Rusiyaya qarşı sanksiyalarına cavab tədbiri olaraq fəaliyyətləri, ilk növbədə, Kanada parlamentində ölkəmizin konstitusiya quruluşunun və xarici siyasət kursunun qaralanmasına yönəlmiş, eləcə də suveren Rusiya dövlət aktivlərinin müsadirəsi tapşırığına tabe edilmiş 103 Kanada vətəndaşının Rusiya Federasiyasına girişi daimi əsasda qadağan edilir", - XİN-dən bildirilib.

Bu siyahıya xüsusilə Kanada Senatının 19 üzvü, eləcə də hamısı ölkənin Nazirlər Kabinetində vəzifə tutan İcmalar Palatasının 11 üzvü daxil edilib. Onların arasında energetika və təbii sərvətlər naziri Tim Hocson, məşğulluq və ailə məsələləri naziri Petti Haydu, Kanada milli müdafiə qərargahının rəisi Cenni Karinyan, Kanadanın Rusiya və Ukraynadakı sabiq səfiri Kris Uestdal, "United Nations Watch" qeyri-hökumət təşkilatının rəhbəri Noyer Hillel və digərləri var.

Bundan əlavə, 5 dövlət katibi, 5 parlament katibi, portfelsiz 60 deputat məhdudiyyətlərə məruz qalıb.

Qeyd edək ki, daha əvvəl Kanada 7 fiziki və 34 hüquqi şəxsi Rusiyaya qarşı sanksiyalar siyahısına daxil etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kanada  


Bizi "telegram"da izləyin