Ordu.az xəbər verir ki, bu barədə HHQ-nin "Telegram" kanalında bəyanat yayılıb.
"İyunun 16-sı saat 19:00 radələrində Ukrayna Silahlı Qüvvələri HHQ-nin Pyotr Franko adına 7-ci taktiki aviasiya briqadasının Su-24M cəbhə bombardmançı təyyarəsi qəzaya uğrayıb. Su-24M-in ekipajı - pilot və şturman Xmelnitski vilayətində tapşırığı yerinə yetirirdi. Təəssüf ki, hər iki pilot - mayor Boqdan Zaqurlyuk və baş leytenant Boqdan Babenko - həlak olub", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, təyyarənin düşdüyü yerdə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir. İlkin məlumata görə, mülki əhali arasında xəsarət alan yoxdur.
Qəzanın səbəbləri araşdırılır.
***
Ukraynanın Xmelnitski vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, onun "MiQ-29" qırıcı təyyarəsi olduğu ehtimal edilir.
Qeyd olunub ki, təyyarənin qalıqları Moskalyovka kəndi yaxınlığında aşkar edilib.
Digər təfərrüatlar hələlik açıqlanmayıb.
Ordu.az