İsraildə İranın 60 günlük danışıqlardan nüvə proqramını inkişaf etdirmək üçün istifadə edə biləcəyindən ehtiyat edirlər

2026/06/1781158702.jpg
Oxunub: 153     23:52     16 İyun 2026    
İsraildə ABŞ ilə nüvə danışıqları üçün nəzərdə tutulan 60 günlük müddət ərzində İranın öz nüvə proqramını inkişaf etdirmək və nüvə silahı əldə etməyə daha da yaxınlaşmaq üçün vaxt qazana biləcəyindən narahatdırlar.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı yüksəkvəzifəli israilli rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail tərəfi hesab edir ki, İranın ali rəhbəri Müctəba Xameneyi yekun nüvə sazişi bağlamaq niyyətində deyil və memorandum əsasən Hörmüz boğazının açılması və ölkə iqtisadiyyatı üçün müəyyən güzəştlərin əldə olunması məqsədilə təsdiqlənib.

İsrailin təhlükəsizlik strukturlarının nümayəndələri hökuməti xəbərdar ediblər ki, Tehran prosesi uzatmağa çalışacaq və danışıqlar üçün nəzərdə tutulan 60 gün daha uzun müddətə çevrilə bilər.

Yüksəkvəzifəli israilli rəsmilərdən biri telekanala bildirib ki, İranın danışıqlar pərdəsi altında nüvə silahının yaradılmasına qədər olan vaxtı azaltmaq üçün bütün imkanlarından istifadə etməməsi təəccüblü olardı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin