Polşa Ukraynaya tarixi fikir ayrılıqlarını xatırladıb

2026/03/1774948242.jpg
Oxunub: 236     18:16     06 İyun 2026    
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış “X” sosial şəbəkəsində etdiyi paylaşımda Varşava ilə Kiyev arasında tarixi məsələlərlə bağlı fikir ayrılıqlarının olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bununla yanaşı, o, təhlükəsizlik sahəsində tərəfdaşlığın qorunmasının vacibliyini vurğulayıb.

Ukrayna tərəfi, o cümlədən Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanov və hərbi komandanlıq nümayəndələri ilə görüş zamanı nazir bildirib ki, Polşa Kiyevdən Ukrayna Üsyançı Ordusunun xatirəsinin əbədiləşdirilməsi məsələsində Varşavanın mövqeyini nəzərə almasını gözləyir.

Kosinyak-Kamış vurğulayıb ki, Volın faciəsi qurbanlarının xatirəsi Polşa üçün prinsipial məsələdir və siyasi müzakirə mövzusu ola bilməz. Onun sözlərinə görə, tarixdə heç vaxt keçilməməli olan sərhədlər mövcuddur.

Bununla yanaşı, nazir qeyd edib ki, Polşa və Ukrayna təhlükəsizlik sahəsində tərəfdaş olaraq qalır. Lakin konstruktiv dialoq yalnız həssas tarixi mövzuların qarşılıqlı qəbul edilməsi şəraitində mümkündür.

Qeyd edək ki, 1943-1944-cü illərdə baş vermiş Volın faciəsi İkinci Dünya müharibəsi dövründə Volın bölgəsində polyak mülki əhalisinin kütləvi qətli hadisələri ilə bağlıdır. Bir sıra tarixçilərin məlumatlarına görə, həmin əməliyyatların böyük hissəsi o dövrdə polyak-Ukrayna etnosiyasi qarşıdurması fonunda Ukrayna Üsyançı Ordusunun bölmələri tərəfindən həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin