Ermənistanda seçki pozuntularını aşkarlamaq üçün PUA-lardan istifadə olunacaq

2026/06/1780595920.jpg
Oxunub: 278     16:53     06 İyun 2026    
Ermənistanın Korrupsiya İlə Mübarizə Komitəsi seçicilərin ələ alınması hallarının aşkar edilməsi və qarşısının alınması məqsədilə ölkə üzrə genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin keçirildiyini bildirib.

Ordu.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Qurumun məlumatına görə, əməliyyatlar son aylarda daxil olmuş operativ məlumatlar və vətəndaş müraciətləri əsasında həyata keçirilir.

Tədbirlər çərçivəsində qanunvericilikdə nəzərdə tutulmuş alətlərdən və müasir texniki vasitələrdən, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə olunacaq.

Komitədə bildirilib ki, seçki prosesləri zamanı mümkün rüşvət alma və vermə faktları üzrə əhəmiyyətli həcmdə məlumatlar, həmçinin daha əvvəl keçirilmiş axtarışlar nəticəsində əldə olunmuş materiallar onların sərəncamındadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki   PUA  


Bizi "telegram"da izləyin