Atəşkəsin pozulması gərginliyin azalmasına kömək etmir - İran XİN

2026/05/1778245456.jpg
Oxunub: 227     17:06     06 İyun 2026    
ABŞ tərəfindən atəşkəsin dəfələrlə pozulması gərginliyin azaldılması və sabitliyə qayıtmağa kömək etmir.

Ordu.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Bəyanata əsasən, ötən gecə beynəlxalq sularda gəmilərin təhlükəsizliyini və İran sərhədlərini qoruyan İranın Sirik və Qeşm adalarında sahil nəzarəti radiolakasiya obyektlərinin atəşə tutulması 8 aprel atəşkəs razılaşmasının açıq-aşkar pozulması hesab olunur və İran öz ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi hücumu kəskin şəkildə qınayır.

Bəyanatda qeyd olunur ki, ABŞ tərəfindən hücumların həyata keçirilməsi regionun sabitliyini təhlükəyə atır və bütün məsuliyyət qarşı tərəfin üzərində olacaq.

“İran BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə etmək hüququna sahib olduğunu bildirərək bütün imkanlardan suverenliyi və milli mənafeyini qorumaq üçün istifadə edəcəyini qeyd edir. İran region ölkələrindən öz ərazilərindən başqa tərəflərin İran əleyhinə istifadə etməsinə şərait yaratmaqdan çəkinməyə dair beynəlxalq hüquq normalarına sadiq qalmağa və yaxşı qonşuluq prinsipinə riayət etməyə çağırır”, - deyə bəyanatda bildirilir.

Həmçinin qyd edilib ki, İran BMT baş katibi, Təhlükəsizlik Şurasının sədri və başqa beynəlxalq məsuliyyətli qurumları atəşkəsin pozulmasının davam etməsi prosesinin qarşısını almağa çağırır.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN  


Bizi "telegram"da izləyin