Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Zaxarovanın sözlərinə görə, Lavrovun mümkün istefası ilə bağlı yayılan xəbərlər Rusiyaya dost olmayan qüvvələrin növbəti təxribat xarakterli uydurmalarıdır.
“Xahiş edirəm, o böyük diplomat və rəhbərdir. Öz rəhbərinin tapşırığı ilə ölkəsinin rifahı naminə çalışır”, - deyə Zaxarova “360.ru” portalına müsahibəsində bildirib.
O əlavə edib ki, Sergey Lavrov elə fəaliyyət göstərir ki, hətta Rusiyanın rəqibləri belə onun işinə həsəd aparırlar.
Qeyd edək ki, Lavrov 2004-cü il martın 9-dan etibarən Rusiyanın xarici işlər naziri vəzifəsini icra edir.
2025-ci ilin noyabrında “Financial Times” nəşri Rusiya Prezidenti Vladimir Putinin Lavrova münasibətinin dəyişdiyini və bunun nəticəsində nazirin informasiya məkanında daha az göründüyünü iddia etmişdi.
Kreml isə həmin məlumatları təkzib edərək Lavrovun fəaliyyətini aktiv şəkildə davam etdirdiyini bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az