Kremldə ABŞ-nin Rusiya ilə iqtisadi əlaqələrin inkişafına dair yanaşması ilə razı deyillər

2026/06/1780322921.jpg
Oxunub: 219     12:20     06 İyun 2026    
ABŞ Rusiya ilə iqtisadi əlaqələrin inkişafını Ukraynadakı münaqişənin nizamlanması ilə əlaqələndirir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin CCTV telekanalına müsahibəsində bildirib.

"Amerikalılar əvvəlki kimi hər şeyi Ukrayna ətrafındakı nizamlanma ilə əlaqələndirirlər. Onlar hesab edirlər ki, əvvəlcə Ukraynada nizamlanma, daha sonra isə iqtisadiyyat, investisiya, mədəniyyət sahəsində və s. əlaqələrin inkişafı olmalıdır", - o deyib.

D.Peskovun sözlərinə görə, Moskva bunu yanlış yanaşma hesab edir.

O vurğulayıb ki, "tanqonu iki nəfər oynamalıdır", lakin ABŞ hələ ki bunu istəmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin